Azərbaycan Tibb Universiteti (ATU) Avropanın qabaqcıl tibb müəssisələri və ali məktəbləri ilə əməkdaşlıq münasibətlərini genişləndirməkdə maraqlıdır.
Â
Aztibb.az xəbər verir ki, bu fikir ATU-nun rektoru professor Gəray Gəraybəylinin Almaniyalı qonaqlarla görüşü zamanı səslənib.
Â
Rektor Gəray Gəraybəyli Köln Universitetinin professoru, Köln-Weyertal Xəstəxanasının Ginekologiya və Mamalıq şöbəsinin direktoru, Dr med. Thomas Römer və xəstəxananın aparıcı həkimi, Witten-Herdekce Universitetinin dosenti Elvin Piriyevlə görüşündə universitetin iştirak etdiyi beynəlxalq tərəfdaşlıq layihələrindən söz açıb.
Â
ATU məzunlarının rezidentura təhsili üçün daha çox müraciət etdiyi ölkələrdən birinin Almaniya olduğunu qeyd edən G.Gəraybəyli bu ölkənin tibb təhsili müəssisələri ilə əməkdaşlığın yeni istiqamətlərinin müzakirəyə ehtiyacı olduğunu bildirib.
Â