Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Moderator.az xəbər verir ki, toplantıda ölkədə və dünyada baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub. Toplantıda ilk öncə son günlər Ermənistanda kilsəsinin keşişləri və bir qrup radikal qüvvələrin Paşinyan hakimiyyətinə və onun Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya istiqamətində atdığı rasional addımlara qarşı həyata keçirdikləri kütləvi aksiyaları və ixtişaşları ətrafında müzakirə aparılıb. Baş verən hadisələr qətiyyətlə pislənilib, bu hadisələrin Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhlükə yaratdığı, eyni zamanda beynəlxalq ictimaiyyətin bu hadisələrdə Ermənistan hakimiyyətinin yanında olmasının vacibliyi qeyd edilib.
İdarə Heyəti Rusiya Federasiyası tərəfindən Ukrayna Prezidenti V.Zelenski haqqında cinayət işinin açılması və axtarışa verilməsi ilə bağlı məsələyə də münasibət bildirib. İdarə Heyəti bu hadisənin siyasi etikaya zidd olduğunu və bu faktın arxasında Ukraynanın Rusiyanın işğalçı siyasətinə qarşı apardığı mübarəzənin durduğunu bildirib.
İdarə Heyəti cari ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbiri ərəfəsində Azərbaycan hakimiyyətinin İsrail-Fələstin və Rusiya-Ukrayna arasında atəşkəsə və sülhə nail olunması təşəbbüsü ilə çıxış etməsini alqışlayıb və bu təşəbbüsün beynəlxalq miqyasda sülhə və təhlükəsizliyə xidmət etməsi ilə yanaşı ekoloji tarazlığın qorunub saxlanmasına da xidmət etdiyini qeyd edib.
Ä°darÉ™ HeyÉ™ti ötÉ™n hÉ™ftÉ™ “SeçkilÉ™rin Monitorinqi vÉ™ Demokratiyanın TÉ™drisi MÉ™rkÉ™zi”nin rÉ™hbÉ™ri Anar MÉ™mmÉ™dlinin hÉ™bs olunması vÉ™ bu hÉ™bs mÉ™sÉ™lÉ™si ilÉ™ baÄŸlı beynÉ™lxalq reaksiyalar É™trafında müzakirÉ™ aparıb. MüzakirÉ™lÉ™rdÉ™ qeyd edilib ki, bu il ölkÉ™dÉ™ keçirilmÉ™si nÉ™zÉ™rdÉ™ tutulan parlament seçkilÉ™ri öncÉ™si hÉ™yata keçirilÉ™n bu hÉ™bs haqlı olaraq istÉ™r ölkÉ™, istÉ™rsÉ™ dÉ™ beynÉ™lxalq ictimaiyyÉ™t tÉ™rÉ™findÉ™n birmÉ™nalı dÉ™yÉ™rlÉ™ndirilmÉ™yib. Eyni zamanda bu tipli hÉ™bslÉ™rin bu il ölkÉ™dÉ™ keçirilmÉ™si nÉ™zÉ™rdÉ™ tutulan parlament seçkilÉ™rinÉ™ şübhÉ™lÉ™rin yaranmasına vÉ™ beynÉ™lxalq institutların AzÉ™rbaycana qarşı iradlarına gÉ™tirib çıxaracağına sÉ™bÉ™b olacağı qeyd edilib vÉ™ hakimiyyÉ™t bu addımlardan çəkinmÉ™yÉ™ dÉ™vÉ™t edilib.
İdarə Heyəti son zamanlar ictimai müzakirələrdə Azərbaycanla Avropa və Qərb instituları arasında münasibətlərə kölgə salan fikirlərin səsləndirilməsini Azərbaycan dövlətinin milli maraqlarına cavab vermədiyini, əksinə bu sahədə əməkdaşlığın dərinləşdirilməsinin, Avropa və Qərb dövlətləri ilə ikitərəfli əlaqələrin yüksək səviyyəyə qaldırılmasının vacibliyini bildirib.
Ä°darÉ™ HeyÉ™ti “SÉ™rhÉ™dsiz Reportyorlar” beynÉ™lxalq təşkilatının dünyadakı media azadlğı ilÉ™ baÄŸlı yaydığı illik hesabatında AzÉ™rbaycanla baÄŸlı bölmÉ™sindÉ™ sÉ™slÉ™ndirdiyi iradları obyektiv dÉ™yÉ™rlÉ™ndirmÉ™ kimi qiymÉ™tlÉ™ndirib vÉ™ AzÉ™rbaycan hakimiyyÉ™tini demokratik sahÉ™dÉ™ mövcud olan nöqsanları aradan qaldırmaÄŸa vÉ™ ölkÉ™dÉ™ki media azadlığı sahÉ™sindÉ™ ciddi islahatları hÉ™yata keçirmÉ™yÉ™ çağırıb.
Toplantının sonunda İdarə Heyəti İsa Qəmbəri yenidən Müsavat Partiyasının Başqanı seçilməsi münasibəti ilə təbrik edib. Bu hadisənin demokratik düşərgənin yenidən təmərküzləşməsinə və inkişafına stimul verəcəyinə əminlik ifadə edilib.