Türkiyənin Qaziantep vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə hadisə nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Qaziantepin İslahiye-Hatay magistral yolunda sement daşıyan yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində meydana gəlib.
Qəza yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadası cəlb olunub.