EN

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Türkiyənin Qaziantep vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə hadisə nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Qaziantepin İslahiye-Hatay magistral yolunda sement daşıyan yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində meydana gəlib.

Qəza yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadası cəlb olunub.

Chosen
164
28
operativmm.az

10Sources