EN

Səudiyyə Ərəbistanı Asiya ölkələri üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco iyun ayı üçün neftinin Asiya ölkələri üçün satış qiymətlərini artırıb.

525.az xəbər verir ki, bu barədə Bloomberg şirkətə istinadən məlumat yayıb.

Qeyd olunub ki, asiyalı alıcılar üçün “Arab Light” markalı neftin bir barelinin qiyməti 0,9 dollar bahalaşıb. Beləliklə, qiymət Oman/Dubay regional etalonlarından 2,9 dollar yüksək olub. Eyni zamanda, neft emalı şirkətləri Asiya üçün Səudiyyə neftinin bir barelinin dəyərinin 0,6 dollar artacağını gözləyirdilər. Şirkət üçüncü aydır ki, Asiya bazarı üçün öz neftinin qiymətlərini artırır.

Aprelin 3-də keçirilən iclasda OPEC+ nazirlərinin monitorinqi alyansın neft hasilatı siyasətinin dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib.

2024-cü ilin birinci rübündən etibarən Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir neçə müttəfiq ölkə bazarı tarazlaşdırmaq üçün könüllü olaraq gündəlik neft hasilatını ümumilikdə 2,2 milyon barel azaldır. Əvvəlcə tədbirin yalnız birinci rüb ərzində qüvvədə olması nəzərdə tutulurdu, lakin martın əvvəlində alyans ölkələri onun qüvvəsini ikinci rübdə uzatdılar.

Pərvanə























Bizi Facebookda izləyin

Chosen
308
15
525.az

10Sources