Almaniya Moskvadakı səfiri Aleksandr Lambsdorfu məsləhətləşmələr üçün geri çağırıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya XİN-in nümayəndəsi açıqlayıb.
Bildirilir ki, səfir bir həftə Berlində qaldıqdan sonra Moskvaya qayıdacaq.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ötən həftə bildirib ki, Almaniya hökuməti 2023-cü ildə ölkənin Sosial-Demokrat Partiyasının resurslarına kiberhücumda Rusiyanın məsuliyyət daşıdığıını hesab edir.