Yevlax rayon sakini dələduzluq faktına görə Lənkəranda saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, lotoreya satışı ilə məşğul olan obyektlərdən daxil olmuş müraciətlər əsasında Lənkəran polisi əməliyyat keçirib.
Əvvəllər məhkum olunmuş Ağəli Əliyev saxlanılıb. Həmin şəxs lotoreya satılan 2 mağazaya özünün əvvəlcədən hazırladığı saxta "uduşlu" lotoreyaları təqdim edərək müxtəlif məbləğlərdə uduş məbləğləri alıb.
Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitə aludəçisi olduğu da aşkarlanıb.
Telegram kanalımız