Londonun "Çelsi" klubunun keçmiş baş məşqçisi Qrem Potter Niderland çempionatında işləyə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Mənbənin məlumatına görə, Potterin xidmətlərində "Feyenoord" klubu maraqlıdır.
Klub britaniyalı mütəxəssisi "Liverpul" ilə anlaşan Arne Slotun yerinə çağıracaq.