İsrail Müdafiə Ordusu “Hizbullah”ın Livanın şimal-şərqindəki hərbi obyektlərinə havadan zərbə endirib.
“Report” newsru.co.il-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Məlumata görə, İsrail ordusu Livanın cənubundakı Ramiya, Ayta əş-Şaab, Maruaxin, Cabl-Balat rayonlarına da zərbələr endirib.