Bakı. Trend:
ABŞ səfiri Mark Libbi Füzuliyə səfər edəcək.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakısəfirliyi məlumat yayıb.
"Bu gün Şuşadan başqa, mən hökumət nümayəndələri ilə görüşmək,şəhəri görmək və səfirliyin həyata keçirdiyi ingilis diliproqramlarında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçünFüzuliyə də səfər edəcəm", - deyə səfir bildirib.
Qeyd edək ki, bu gün səfir Libbi xanımı Danusia ilə birlikdəŞuşaya səfər edib. Bu, ABŞ səfirinin Azərbaycan öz torpaqlarınıerməni işğalından azad etdikdən 4 il sonra həmin ərazilərə ilksəfəridir.