EN

Betonqarışdıran maşınla mikroavtobus toqquşdu - Ölənlər var

Türkiyənin Qaziantep rayonunda ağır qəza baş verib.

Bakupost.az xəbər verir ki, İslahiye-Hatay yolunun Ağabəy məhəlləsində mikroavtobusla betonqarışdıran maşın toqquşub.

Qəza barədə məlumat verildikdən sonra bölgəyə çoxlu təcili yardım maşınları göndərilib.

Qaziantep valisi Kamal Çeber hadisə yerinə getdiklərini bildirərək, "İndiyə qədər aldığımız məlumata görə, qəzada 8 vətəndaşımız həyatını itirib, 11 nəfər yaralanıb", bildirib.




Elnur
BakuPost
Chosen
58
bakupost.az

1Sources