"Bavariya" rəhbərliyi Xosep Qvardiolanın kluba qayıtmasını arzulayır.
Offsideplus.az xəbər verir ki, bu barədə "Kicker"in müxbiri Frank Linkeşa məlumat verib. İspan mütəxəssis 2013-2016-cı illərdə "Bavariya"ya rəhbərlik edib. Onun ayrıldığı andan Münhen komandasının onunla əlaqəni kəsmədiyi qeyd edilir. Onun hələ də Münhendə mənzili var və tez-tez şəhərə səfər edir.