EN

Əhmədinejad Macarıstana getdi

İranın eks-prezidenti Mahmud Əhmədinejad "Qlobal mühitdə ümumi dəyərlər" mövzusunda elmi konfransında iştirak etmək üçün bu gün Macarıstanın paytaxtı Budapeştə yola düşüb.

Yenisabah.az Doulət-e Bahar-a istinadla xəbər verir ki, o, Ludovitsa Milli Universitetinin rekotoru Gergli Delidən rəsmi dəvət alıb.

Konfrans mayın 7-dən 11-dək davam edəcək. Əhmədinejad xüsusi qonaq qismində ətraf mühitə təhlükə və zərərlə mübarizənin vacibliyi və zəruriliyi haqqında çıxış edəcək.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
yenisabah.az

1Sources