Bu yaxınlarda ABŞ-ın hərbi yardım paketi Ukraynaya bu il Rusiya ilə münaqişəsini itirməməsinə kömək edəcək.
Bu fikri Polşanın xarici işlər naziri Radoslav Sikorski “Politico” qəzetinə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya ayırdığı 60,8 milyard dollarlıq yardım paketi münaqişədə qalib gəlmək üçün kifayət etmir, lakin bu, ona daha çox vaxt qazandırır.
“Düşünürəm ki, ABŞ-ın bu paketi ilə biz əmin ola bilərik ki, Ukrayna bu il uduzmayacaq və gələn il Rusiya çox güman ki, ciddi iqtisadi çətinliklərlə üzləşəcək”, – Sikorski bildirib.
Mənbə: Sputnik