Futzal üzrə Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi müəyyənləşib.
QOL.az xəbər verir ki, finalda İspaniyanın "Palma" və "Barselona" klubları üz-üzə gəlib.
Oyun "Palma"nın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Bürünc medal uğrunda oyuda isə Portuqaliyanın iki klubu qarşılaşıb. “Sportinq”i 6:3 hesabı ilə məğlub edən “Benfika” 3-cü olub..
Qeyd edək ki, “Palma” ötən mövsüm də futzal üzrə Çempionlar Liqasının qalibi adını qazanıb.