Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ
Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb.
Lent.az-ın bu barədə sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.
Bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 7-ə təsadüf edəcək:
"Bu il Məhərrəmlik ayının ilk günü iyulun 7-ə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".
Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır.