Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma paytaxt təmsilçinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 2-ci dəqiqədə Ayaz Quliyev vurub.
Bu nəticənin ardından xallarının sayını 52-yə çatdıran Masazır klubu turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 35 xalı olan Elmar Baxşıyevin yetirmələri doqquzuncu pillədə qalıb.