Ayaqqabıları ilə uyğun olsun deyə saçlarını rənglədi - FOTO
Dünya şöhrətli müğənni Rihanna saçlarını çəhrayı rəngə boyayıb. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müğənni Nyu-Yorkda əməkdaşlıq etdiyi idman geyimi brendinin mağazasının təqdimat mərasimində iştirak edib. Rihanna saçlarını brendin yeni kolleksiyasından olan çəhrayı ayaqqabılarla uyğunlaşdırıb. Rihannanı sevgilisi, reper ASAP Rocky müşayiət edib. Əfsanə Rəcəb Manşet.az