EN

Müasir tankların daha bir partiyası rus hərbçilərinə verilib - FOTO

Qələbə günü ərəfəsində “Uralvaqonzavod” qoşunlara T-90M “Prorıv” tanklarından ibarət daha bir eşelon göndərib.

Herbiand.az müəssisənin mətbuat xidmətinə istinadən bildirir ki, mayın 1-i ərəfəsində T-72B3M tanklarının partiyası da yola salınıb.

Nijni Taqil müəssisəsinin kollektivi gecə-gündüz ordunu ən müasir hərbi texnika ilə təmin etməkdə davam edir. Bütün istehsalat tapşırıqları mümkün qədər tez və operativ şəkildə həll edilir. Zirehli texnikanın istehsal həcmi artırılır və taktiki-texniki xüsusiyyətləri təkmilləşdirilir.

T-90M tankı T-90AM-ın daha da modernləşdirilməsinə çevrilib. Texnikanın əvvəlki modellərdən fərqi döyüş bölməsindən kənarda yerləşən döyüş sursatı anbarına malik yeni dizaynlı qülləsinin olmasındadır. Tankın lüləsinin uzunluğu artırılıb. Həmçinin, maşın modernləşdirilmiş 125 mm-lik 2A82-1M topu və yeni “Kalina” atəşə nəzarət sistemi ilə təchiz edilib.

Bəxtiyar CƏFƏRLİ



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
herbiand.az

1Sources