![DİN:](https://azertag.az/files/2024/2/1200x630/1714978111562546909_1200x630.jpg)
Bakı, 6 may, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 4-də və 5-də ümumi çəkisi 1,9 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələr – 1,5 kiloqramdan çox marixuana, 400 qrama yaxın metamfetamin, həmçinin 20 metadon həbi və 22 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.