Vladimir Zelenskinin Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olduğunu elan etməsi Kremlin hazırda Ukrayna ilə hər hansı sülh danışıqlarının reallığına artıq arxalanmadığına işarədir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, "Mülki Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
"Ukrayna Silahlı Qüvvələrinə Amerikanın uzaqmənzilli ATACMS raketlərinin və Anqlo-Britaniya "Storm Shadow" qanadlı raketlərinin yeni partiyalarının tədarükünü nəzərə alsaq, qarşıda genişmiqyaslı eskalasiya var: Kiyev bu il mayın ilk ongünlüyündə mümkün terror aktlarına başlaya bilər", - ekspert vurğulayıb.
Xatırladaq ki, Moskvada 7 mayda Rusiya lideri Putinin andiçmə mərasimi, 8 mayda Aİİ-nin 10 illik yubileyi keçiriləcək, 9 mayda isə Qələbə Günü qeyd ediləcək. Bu tarixlərdə Ukraynanın hücumu gözlənilir.
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun