Azərbaycanın iki şərab şirkətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, söhbət “Şərab-Nəqliyyat” ASCvə “Bakı Şərab-1” ATSC-dən gedir.
Hər iki cəmiyyətin səhmdarlarının illik ümumi yığıncağının keçirilməsi iyunun 28-nə planlaşdırılıb.
Yığıncaqda hesabatlar səsləndiriləcək, zərər və mənfəət açıqlanacaq. Qarşıda duran hədəflərlə bağlı səhmdarlar arasında fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, “Şərab-Nəqliyyat” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 157370 manatdır. “Bakı Şərab-1” ATSC isə 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 311 790 manatdır.