İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandiri Qulaməli Rəşid deyib ki, İranın İsrailə hücumu zamanı ABŞ, NATO və CENTCOM-un 240 qırıcısı raket və dronların tutulmasında iştirak edib.
Ulusal.az bu barədə “Azad İran” teleqram kanalına istinadən xəbər verir
Onun sözlərinə görə, əgər Qərbin köməyi olmasaydı, İran mərmilərinin 80%-i İsrailin hərbi bazalarını məhv edərdi.