Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geydiyi “Hatayspor” səfərdə “Qaziantep”in qonağı olub.
R.Dadaşovun əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izlədiyi matçda qalib aşkarlanmayıb.
“Qaziantep” - “Hatayspor” - 1:1
Qollar: Papi Djilobodji, 11 (1:0), Qi Kilama, 15 (1:1)
Bu heç-heçədən sonra xallarının sayını 34-ə çatdıran “Hatayspor” 20 komanda arasında 18-ci, “Qaziantep” isə 35 xalla 17-ci pillədə qərarlaşıb. Hər iki kollektiv təhlükəli zonada yer alıb.