İtaliya A seriyasında 35-ci turun oyunları davam edir.
QOL.az xəbər verir ki, turun mərkəzi matçında “Roma” öz meydanında “Yuventus”u qəbul edib.
Paytaxt klubu görüşə erkən qolla başlasa da, qonaqlar məğlubiyyətdən qaçmağı bacarıb.
“Roma” - “Yuventus” - 1:1
Qollar: Romelu Lukaku, 15 (1:0), Bremer, 31 (1:1)
Bu nəticədən sonra xallarının sayını 66-a çatdıran “Yuventus” turnir cədvəlində üçüncü yeri tutur. 60 xala malik “Roma” isə beşincidir.