Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, 29-cu turda tarixində ilk çempionluğunu rəsmiləşdirən "Bayer" bu gün səfərdə "Ayntraxt"la qarşılaşıb. Oyun Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
"Aytraxt" - "Bayer" - 1:5
Qollar: Ekitike, 32 - Caka, 12, Şik, 44, Palasios, 58, Frimponq, 77, Bonifase, 89
Xabi Alonsonun komandası bununla da məğlubiyyətsiz oyunlar seriyasını (bütün turnirlərdə) 48-ə çatdırıb.
Bizi Facebookda izləyin