Türkiyə Super Liqasında 35-ci turun oyunları davam edir. Msport.az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Hatayspor” səfərdə “Qaziantepspor”un qonağı olub.
Oyun bərabərliklə yekunlaşıb – 1:1.
Renat bu görüşdə ehtiyatda qalıb.
34 xala malik olan “Hatayspor” təhlikəli zonadadır. Dadaşovun klubu 20 komanda arasında 18-ci yeri tutur.