EN

Putin andiçmə mərasiminə yenilənmiş “Aurus”u ilə gələcək VİDEO

“Rossiya 1” telekanalının müxbiri Pavel Zarubin “Moskva. Kreml. Putin” proqramının efirində Rusiya Prezidenti Vladimir Putinin yenilənmiş “Aurus Senat” avtomobilini ilk dəfə nümayiş etdirib.

Korrespondent.az bildirir ki, o, müvafiq videonu teleqram kanalında yayımlayıb.

Jurnalist qeyd edib ki, dövlət başçısı mayın 7-də Kremldə keçiriləcək andiçmə mərasiminə bu avtomobillə gələcək.

İlk baxışdan yeni avtomobil 218-ci ildə Prezidentin inauqurasiyasında iştirak etmiş avtomobildən çox da fərqlənmir. Bununla belə, avtomobilin ön hissəsi, eləcə də igər hissələri dəyişdirilib. Avtomobilin yaradıcıları Zarubinə bildiriblər ki, avtomobil sələfi ilə müqayisədə daha müasirdir.

Yenilənmiş “Aurus Senat” haqda daha ətraflı məlumat 7 mayda-çərşənbə axşamı veriləcək. Həmin gündən etibarən yeni Limuzin xüsusi təyinatlı qarajın parkındakı maşınların sırasına qoşulacaq.

 

Chosen
161
8
korrespondent.az

10Sources