İngiltərə Premyer Liqasında 35-ci turun 3 oyunu keçirilib.
İdman.biz xəbər verir ki, meydan sahibləri günü qələbə ilə başa vurublar.
“Çelsi” “Vest Hem”in qapısından 5, “Liverpul” isə “Tottenhem”in 4 top keçirib. Bu nəticələrdən sonra “zadəganlar” 54 xalla 7-ci pilləyə yüksəlib. Mersisaydlılar isə 78 xalla 3-cüdür.
İngiltərə Premyer Liqası
35-ci tur
“Brayton” – “Aston Villa” – 1:0
“Çelsi” – “Vest Hem” – 5:0
“Liverpul” – “Tottenhem” – 4:2
İdman.biz