"Titanik" və "Üzüklərin hökmdarı" filmlərində rol almış məşhur aktyor Bernard Hill dünyasını dəyişib.
Moderator.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə "Deyeli Meyl" nəşri məlumat yayıb.
79 yaşında vəfat edən aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, B.Hill “Üzüklərin hökmdarı” film-trilogiyasında Kral Teoden, “Titanik” filmində kapitan Edvard Smit obrazını canlandırıb.