Azərbaycanlı futbolçu Musa Qurbanlının komandası İsveç çempionatında növbəti oyununu keçirib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Yurqorden" səfərdə "Vasteras"a 2:0 hesabı ilə qalib gəlib.
Musa 7-ci tur çərçivəsində keçirilən qarşılaşmada meydana çıxmayıb. Onun adı iştirak ərizəsinə daxil edilsə də, forma geyinmək şansı qazanmayıb.
Qeyd edək ki, bu qələbədən sonra Qurbanlının komandası 13 xalla 2-ci pilləyə yüksəlib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun