Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfərə gedəcək.Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı Mirzoyanın Macarıstanın yüksək rütbəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşü planlaşdırılır.