Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində 1994-ci ildə Vətən Müharibəsində şəhid olan Qəhrəmanların abidəsinin açılışı olub.
”Yeni Gundem” xəbər verir ki, Şəhid olduqları ərazidə şəhid olan hərbiçilərlə birlikdə, xidmətdə olan əsgər yoldaşları tərəfindən abidə ucaldılıb.
Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi qəhrəmanlıq yollarından geniş söhbət açıblar.
Daha sonra abidənin açılışı olub və önünə gül dəstələri düzülüb. döyüş yoldaşları və başqaları şəhidlərin haqqında xatirələrini, onların igidliyi, şücaəti barədə danışıblar.
Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.
Sonra abidənin açılışı olub, önünə gül dəstələri düzülüb.