Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
“Football-plus.az” xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 29,950 xal toplayaraq 3-cü yerdə qərarlaşıb.
qrup hərəkətləri komandası çoxnövçülükdə də bürünc mükafata yiyələnib.