Bakıda arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, paytaxtın Suraxanı rayonunda 1973-cü il təvəllüdlü Arzu Balabəyova ailə məişət zəminində bıçaqlanıb.
Əməli törətməkdə şübhəli bilinən qadnın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkimdir.