EN

Avtomobil xidməti mikroavtobusla toqquşdu: 11 nəfər yaralanıb

Türkiyənin Kayseri şəhərinin Kocasinan rayonunda ağır yol qəzası olub.

Avtosfer.az xəbər verir ki, gecə saatlarında minik avtomobili ilə xidməti mikroavtobus toqquşub. Qəza zamanı mikroavtobusda olan 8 nəfər, minik avtomobilinin isə 3 sərnişini olmaqla 11 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili yardım cəlb edilib.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıb.

Araşdırma aparılır.

Chosen
117
avtosfer.az

1Sources