Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, günün ilk matçında “Zirə” “Turan Tovuz”un qonağı olacaq. Paytaxt klubunun əsas rəqibləri “Neftçi” və “Sumqayıt” ötən gün xal itirdiyindən komanda bu oyunda qələbə qazanmaqla 2-ci pilləni ələ keçirə bilər.
Günün digər oyununda isə “Araz-Naxçıvan” “Sabah”ı qəbul edəcək.
5 may
16:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Tovuz şəhər stadionu
19:00. “Araz Naxçıvan” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov
Liv Bonadea Arena