Misli Premyer Liqasında 33-cü turun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.
Əvvəlcə "Zirə" "Turan Tovuz"un qonağı olacaq. Paytaxt klubunun əsas rəqibləri "Neftçi" və "Sumqayıt" ötən gün xal itirdiyindən komanda bu oyunda qələbə qazanmaqla 2-ci pilləni ələ keçirə bilər.
Günün digər oyununda "Araz-Naxçıvan" "Sabah"ı qəbul edəcək.
5 may
Misli Premyer Liqası, 33-cü tur
16:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Tovuz şəhər stadionu
19:00. “Araz Naxçıvan” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov
Liv Bonadea Arena
6 may
19:00. “Səbail” – “Qəbələ"
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə
ASCO Arena
4 may
“Qarabağ” – “Neftçi” - 5:0
“Kəpəz” – “Sumqayıt” - 1:1
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 33 | 24 | 4 | 5 | 90-32 | 76 |
2 | Sumqayıt | 33 | 13 | 12 | 8 | 34-35 | 51 |
3 | Neftçi | 33 | 14 | 8 | 11 | 43-38 | 50 |
4 | Zirə | 32 | 13 | 10 | 9 | 29-20 | 49 |
5 | Sabah | 32 | 14 | 7 | 11 | 46-38 | 49 |
6 | Səbail | 32 | 11 | 9 | 12 | 47-51 | 42 |
7 | Turan Tovuz | 32 | 11 | 9 | 12 | 47-47 | 42 |
8 | Kəpəz | 33 | 9 | 8 | 16 | 38-60 | 35 |
9 | Araz-Naxçıvan | 32 | 9 | 8 | 15 | 29-44 | 35 |
10 | Qəbələ | 32 | 4 | 5 | 23 | 23-61 | 17 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol