Qazaxıstanın paytaxtı Astanada, iaşə obyektində güclü partlayış baş verib. Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürən briqada və xüsusi texnika cəlb olunub. Partlayış anı hadisənin şahidi olmuş şəxslərdən biri tərəfindən anbaan qeydə alınıb. Hələlik hadisənin digər təfərrüatları məlum deyil.