“Qarabağ” futbolçusu Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalayıb.
Klubdan Publika.az-a verilən məlumata görə, 27 yaşlı müdafiəçi ilə anlaşma müddəti daha 3 il uzadılıb.
Beləliklə, təcrübəli oyunçu 2027-ci ilin yayına qədər Ağdam klubunun formasını geyinəcək.