Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Kayserispor” – “Fatih Karagümrük” matçında qalib müəyyənləşməyib.
“Samsunspor” – “Trabzonspor” oyununda da qapılara dörd qol vurulub. Bu görüş Trabzon təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə bitib.
Səfərdə autsayder “İstanbulspor”la qarşılaşan “Adana Dəmirspor” bu turu qələbə ilə başa vurub. Adana təmsilçisinin heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə meydanda olub.
Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə, Super Liqa
35-ci tur
3 may
Ankaragücü – Alanyaspor 1:1
Qollar: Xatsiyovanis, 10 – O.Aydın, 90+5-pen.
Beşiktaş – Rizəspor 3:2
Qollar: Kolli, 7. Raşiça, 65. Uorral, 90+7 – Olavoyin, 5. E.H.Topçu, 68.
4 may
İstanbulspor – Adana Dəmirspor 0:1
Qol: Y.Barasi, 10.
Kayserispor – Fatih Karagümrük 2:2
Qollar: Mane, 3. Morte, 64 – Fequli, 51. Markao, 60.
Samsunspor – Trabzonspor 3:1
Qollar: T.Antalyalı, 14. Marius, 28. X.Fernandes, 36-öz qapısına – Bardi, 32.
5 may
17:00. Başakşəhər – Kasımpaşa
20:00. Qalatasaray – Sivasspor
20:00. Qaziantep – Hatayspor
6 may
21:00. Antalyaspor – Pendikspor
21:00. Konyaspor – Fənərbaxça