Bakı. Trend:
Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun BayramovQambiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər,beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri MamaduTanqara ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib ki, görüşzamanı iki ölkə arasında diplomatik pasport sahibləri üçün vizatələbinin aradan qaldırılması barədə saziş nazirlər tərəfindənimzalanıb.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli vəçoxtərəfli məsələlər müzakirə edilib.