İspaniya La Liqasının 34-cü turunda “Jirona” “Barselona”nı qəbul edib.
Oxu.Az xəbər verir ki, sürətli hücumlarla başlayan görüşdə hesab erkən qolla açılıb. Andreas Kristensen 3-cü dəqiqədə “kataloniyalılar”ı qələbəyə ruhlandırb -1:0. Amma qonaqların qol sevinci çox çəkməyib. Bir dəqiqə sonra Artem Dobvik hesaba tarazlıq gətirib - 1:1.
Qalan vaxtda üstünlük əldə edən “Barselona” futbolçuları fasiləyə üstün yollanmağı bacarıblar. Robert Levandovski ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. İkinci hissədə toparlanan meydan sahibləri oyunda geri dönüş ediblər. Əvvəlcə Portu 65-ci dəqiqədə hesaba tarazlıq gətirib - 2:2. İki dəqiqə sonra Miqel Qutyerez “Jirona”nı hesabda irəli çıxarıb - 3:2. Bu qoldan ruhlanan meydan sahibləri “Barselona”nı yenidən cəzalandırıb. 74-cü dəqiqədə Portu fərqi ikiyə yüksəldib - 4:2.
Bu qələbə sayəsində “Jirona” gələn mövsüm Çempionlar Liqasında oynamaq hüququ əldə edib.
Qeyd edək ki, 4-2 hesabı ilə qalib gələn “Jirona” xallarının sayını 74-ə yüksəldərək turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. “Barselona” 73 xalla 3-cüdür.