Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun "Yasamal" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadalarının əməkdaşları cəlb olunub.
Bizim.Media