“Azarkeşlərdən üzr istəyirəm. Bu gün bizə yaxşı dəstək oldular. Nəticəyə görə məyusam”.
İdmanxeber.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Qarabağ”a 0:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, daha sonra sözlərinə belə davam edib:
“Qarabağ” yaxşı komandadi. Onlar da məğlub olurlar. “Sumqayıt”a məğlub oldular. “Sabah”a iki dəfə uduzublar. Bu gün biz də yaxşı nəticəyə ümid edirdik. Lakin buraxdığımız səhvlər məğlub olmağımıza səbəb oldu”.