“Mübarizə aparıb 1 xal qazana bildik. Hazırda ən böyük hədəfimiz bizdən öndə olan komandanı keçməkdir. Buna doğru irəliləyirik. Oyun ağır oldu. Bunu gözləyirdik. Çalışırdıq ki, öz oyunumuzdan həzz alaq. Futbolçular mübarizlik göstərdi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Sumqayıt”la matçdan (1:1) sonra deyib.
Təcrübəli mütəxəssis “sanki bu gün sizin üçün final oyunu idi. “Neftçi” ilə matçda da meydanda belə mübarizə görəcəyik?” – sualina belə cavab verib:
“Stressin bu həddə çatmasının səbəbi “Sumqayıt”ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu, vəziyyəti gördüyünüz həddə çatdırıdı. Bizə qıcığı “Sumqayıt” verdi. Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik.