Xarici işlər naziri Ceyhun Bayramov Qambiyada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammiti çərçivəsində Türkiyə XİN başçısı Hakan Fidanla görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlərin görüş zamanı hansı məsələləri müzakirə etdikləri hələ açıqlanmayıb.