Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının Stirlinq Fondunun icraçı direktoru Edvard Rou ilə görüşüb.
Görüşdə Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılmasında beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstəyin əhəmiyyəti, o cümlədən bu istiqamətdə xarici donorların köməyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Edvard Rou azad edilmiş ərazilərdəki dağıntıların təəssüf doğurduğunu, lakin bu ərazilərdə aparılan yenidənqurma və tikinti işlərinin təqdirəlayiq olduğunu bildirib. O, Stirlinq Fondunun Azərbaycana mina təhlükəsi ilə mübarizədə gələcək maliyyə yardımı göstərmək niyyətini xüsusilə qeyd edib.