Bakı, 4 may, AZƏRTAC
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında bu idman növünün inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kuba Gimnastika Federasiyasının vitse-prezidenti Yanet Vilyalta Penya tərəfindən imzalanıb.
Bildirilib ki, əməkdaşlıq federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, ötən gün Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17148275193322242023_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/1714827519309251213_1200x630.jpg)