“Mən cənab Ərdoğanla görüşdən bir neçə gün əvvəl Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezəri ziyarət etdim. Bir məsələ ilə bağlı mənə məsləhət verdi. Cənab Ərdoğanın Şəxsi Katibliyinin rəhbərinin (Həsən Doğan) və protokol müdirinin səfir olduğunu xatırlatdı. Bildirdi ki, mən də partiyada fəaliyyət göstərən səfirlərdən birinə vəzifə verməliyəm. Hansı ki, protokolun gedişatını, görüşlə bağlı bütün prosedurları protokol müdiri ilə koordinasiyalı şəkildə həmin səfirin yerinə yetirməsi düzgün olardı. Mən də bu işi Namiq Tana həvalə etdim. Çünki o partiyadan olan deputatlar arasında yeganə səfirdir”.